Donald Tramp - Çin lideri İran müharibəsinə son qoymaq istəyir
Donald Tramp - Çin lideri İran müharibəsinə son qoymaq istəyir

Çin lideri İran müharibəsinə son qoymaq istəyir, – bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

“Çinlə çox yaxşı münasibətlərimiz var. Si Dzinpin müharibəyə son qoymaq istəyir”, – Tramp qeyd edib.

“CNN” bir neçə gün əvvəl ABŞ kəşfiyyat məlumatlarına istinadən xəbər yayıb ki, Çin yaxın həftələrdə İrana yeni hava hücumundan müdafiə sistemləri göndərməyi planlaşdırır. Həmin məlumatlara münasibət bildirən Tramp isə qeyd edib ki, əgər Çin bunu etsə, ciddi problemlərlə üzləşəcək.