Donald Tramp builki seçkilərdə məğlub olarsa, 2028-ci ilin prezident seçkilərində iştirak etməyəcəyini bildirir

10:32, 23.09.2024

 
ABŞ-nin Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp builki seçkilərdə məğlub olarsa, 2028-ci ilin prezident seçkilərində iştirak etməyəcəyini bildirir.

Jurnalist Donald Trampa bu il qalib gəlməyəcəyi təqdirdə 4 ildən sonra özünü yenidən prezidentliyə namizəd görüb-görmədiyi haqda sual ünvanlayıb, Tramp bu suala “xeyr” cavabını verib.

“Xeyr, görmürəm. Fikrimcə, nə olacaqsa, olacaq. Mən bunu ümumiyyətlə görmürəm. Ümid edirəm ki, uğur qazanacağıq” – Tramp bildirib.

Donald Tramp 2017-ci ildən 2021-ci ilədək Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti olub. O, 2020-ci ilin seçkilərində də namizəd idi, lakin Co Baydenə məğlub oldu. Bu il onun əsas rəqibi hazırkı vitse-prezident və Demokratların prezidentliyə namizədi Kamala Harrisdir. Amerika Birləşmiş Ştatlarında seçkilər noyabrın 5-də keçiriləcək.

Oxşar