Donald Tramp bugünkü danışıqlarda irəliləyiş olacağı təqdirdə mayın 16-da İstanbula gedəcəyini istisna etmir
Bu gün Ukrayna sülh danışıqlarında irəliləyiş olarsa, ABŞ prezidenti Donald Tramp mayın 16-da İstanbula səfər edə bilər. Bu barədə Donald Tramp Qətərdə bəyan edib.
ABŞ prezidentinin dediyinə görə, Rusiya və Ukraynanın “nəsə edə biləcəyinə” ümid edir, çünki müharibə “dayanmalıdır”.
“Biz müharibəni bitirmək istəyirik və düşünürəm ki, bunu etmək üçün şansımız var”, – deyə Donald Tramp bildirib.
„CNN“ Ağ Evin yüksək vəzifəli şəxslərinə istinadən məlumat yayır ki, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün bu gün Türkiyəyə səfər etməyi planlaşdırmır. Bununla yanaşı, Rusiya mediasının məlumatına görə, Rusiya nümayəndə heyəti Ukrayna nümayəndələri ilə görüşmək üçün artıq İstanbula gedib. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.