Donald Tramp Budapeştdə Mühafizəkarların Siyasi Fəaliyyət Konfransının iştirakçılarını videomüraciət vasitəsilə salamlayıb
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Budapeştdə davam edən konservativ siyasi fəaliyyət konfransının iştirakçılarını salamlayıb.
Donald Tramp videomüraciətində həm mühafizəkar siyasi hərəkata, həm də onun liderlərinə böyük hörmət bəslədiyini qeyd edib.
“Macarıstandakı mühafizəkar siyasi hərəkatın liderlərini təbrik etmək istəyirəm. Sizə münasibətimi çox yaxşı bilirsiniz – böyük hörmət. Macarıstanda etdiyiniz işlər sevindiricidir. Mən bu böyük insana, Viktor Orbana hörmət edirəm. O, böyük iş görüb və çox xüsusi bir insandır. Mənim həm mühafizəkar siyasi hərəkata, həm də onun rəhbərlərinə böyük hörmətim var. Viktor Orban böyük dəyərlərin müdafiəçisidir və bu təşkilat Macarıstanda və dünyada çox güclü bir səsdir. Mən hamınıza bir daha təşəkkür etmək və bu tədbirdə sizə ən xoş arzularımı çatdırmaq istəyirəm”, – Donald Tramp bildirib.
Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında Gürcüstanın baş naziri İrakli Kobaxidze də iştirak edir.
Material sinxron tərcüməyə uyğun hazırlanır.