Donald Tramp – Bu səhər Beyruta hücum edilməməli idi, xüsusən də İranla sülh sazişinin bağlanmasına bu qədər yaxın olduğumuz bir vaxtda
Donald Tramp İsrailin Livana hücumunu tənqid edir.
ABŞ prezidentinin sosial şəbəkədə yazdığı kimi, tərəflər sülh razılaşmasına çox yaxın olduqları bir vaxtda İsrail bu cür hərəkətləri dayandırmalıdır.
“Bu səhər Beyruta hücum edilməməli idi, xüsusən də İranla sülh sazişinin bağlanmasına bu qədər yaxın olduğumuz bir gündə. İsrailin özünü təhdidlərdən müdafiə etmək hüququ var, lakin cavab verdiyi hücum çox kiçik və mənasız idi, heç kim yaralanmadı və ya həlak olmadı və o vacib prosesi pozmamalıdır. Biz regiona, o cümlədən Livana sülh gətirəcək razılaşmaya çox yaxınıq və bütün tərəflər hərəkətlərini dayandırmalıdır. İsrail tərəfindən Livanın heç bir nöqtəsinə artıq hücumlar olmamalıdır, lakin eyni zamanda digər tərəfdən, o cümlədən “Hizbullah”dan da İsrailə qarşı hücumlar edilməməlidir. Bu, uzunmüddətli və gözəl bir sülhün başlanğıcı ola bilər”, – Tramp yazır.