Donald Tramp - Bu, dünya üçün möhtəşəm bir gündür, Yaxın Şərq üçün möhtəşəm bir gündür, bunun bir hissəsi olmaq mənim üçün böyük şərəfdir
Donald Tramp - Bu, dünya üçün möhtəşəm bir gündür, Yaxın Şərq üçün möhtəşəm bir gündür, bunun bir hissəsi olmaq mənim üçün böyük şərəfdir

Bu, dünya üçün möhtəşəm bir gündür, Yaxın Şərq üçün möhtəşəm bir gündür, bunun bir hissəsi olmaq mənim üçün böyük şərəfdir”, – bu barədə Donald Tramp digər liderlərlə birlikdə sülh sazişi imzaladığı Misirin Şarm əl-Şeyx şəhərində bildirib.

“Biz elə bir sənədi imzalayırıq ki, o, bir çox qayda və tənzimləməni ehtiva edir və hərtərəfli xarakter daşıyır. Biz artıq İsrail və “HƏMAS” arasında sülh sazişi imzalamışıq. Bu saziş işləyir. Girovlar dəqiq vaxtda azad ediliblər. Hazırda həlak olmuş şəxslərin cəsədlərinin təhvil verilməsi üzərində iş aparılır. İsrail-Həmas münaqişəsinin həllində bir çox ölkə iştirak edib və onların bəziləri burada təmsil olunub. Hər birinizə təşəkkürümü bildirmək istəyirəm”, – Tramp bildirib.

Məlumat üçün bildirək ki, Şarm əl-Şeyxdə atəşkəs sazişi sənədini dörd lider ABŞ prezidenti Donald Tramp, Misir prezidenti Əbdülfəttah əl-Sisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani imzalayıb.