Donald Tramp “Boeing” şirkətinin istehsal edəcəyi altıncı nəsil F-47 döyüş təyyarəsini elan edib

21:18, 21.03.2025

ABŞ prezidenti Donald Tramp “Boeing” şirkəti tərəfindən istehsal edilən yeni altıncı nəsil döyüş təyyarəsi F-47-ni elan edib. Bu barədə “CNN” məlumat yayır.

Prezidentin izahatına görə, ABŞ Hərbi Hava Qüvvələri uzun müddətdir ki, bu zamana qədər heç kimin görmədiyi yeni nəsil döyüş təyyarəsi üzərində işləyir. Trampın dediyinə görə, F-47-nin eksperimental versiyası 5 ildir ki, uçur.

Yeni döyüş təyyarəsini təqdim etmək üçün Donald Trampla birlikdə Oval kabinetdə olan ABŞ müdafiə naziri Pit Heqsetin dediyinə görə, F-47 gələcək nəsillər üçün ABŞ-ın hava gücünün səmada üstünlüyünü təmin edəcək.

“Bizim F-15, F-16, F-18, F-22 və F-35-lərimiz var idi və indi də F-47-miz var ki, bu da müttəfiqlərimizə heç bir yerə getməyəcəyimizlə bağlı çox birbaşa və aydın bir mesajdır. Bu həm də düşmənlərimizə bir mesajdır ki, biz gücümüzü nəsillər boyu bütün dünyaya çatdıra biləcəyik”, – Heqset bildirib.

Oxşar