Donald Tramp - Bizim planımız, sülhə nail olmaq yolumuz var, Zelenski bununla razılaşmalı olacaq
Bir məqamda Zelenski nəyisə qəbul etməli olacaq, – bu barədə ABŞ prezidenti Donald Tramp Nyu-York şəhərinin seçilmiş meri Zöhran Məmdani ilə görüşdüyü Oval kabinetdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.bildirib.
Bir neçə sual ABŞ-ın Ukraynada müharibəni dayandırmaq məqsədi daşıyan 28 bəndlik planı ilə bağlı olub.
“Bizim planımız var. Orada baş verənlər dəhşətlidir. Bu, heç vaxt baş verməməli idi və mən prezident olsaydım baş verməzdi. Bu, ayıbdır. Onlar daha sürətli hərəkət etməli idilər, amma indi soyuq qışdır və böyük enerji stansiyalarına hücumlar olur. Sülhə nail olmaq üçün yolumuz var. Zelenski bununla razılaşmalı olacaq. Çox təəssüf. Sadəcə ötən ay 25 min əsgər həlak oldu. İkinci Dünya Müharibəsindən sonra belə bir şey görmədik. Orta hesabla hər iki tərəfdən birlikdə 6-7 min əsgər həlak olur. Düşünürəm ki, sona yaxınlaşırıq, amma proqnoz vermək istəmirəm”, – Tramp bildirib.
ABŞ prezidentinə Zelenskinin qarşısında duran seçim barədə sual verildi, Tramp cavab verdi: “Nə vaxtsa o, nəyisə qəbul etməli olacaq”.
Demək istəyirsən ki, Zelenskinin xoşuna gəlmir? Xoşuna gəlməlidir və əgər xoşuna gəlmirsə, onda yəqin ki, sadəcə döyüşü davam etdirməlidirlər. Nə vaxtsa o, nəyisə qəbul etməli olacaq. Xatırlayırsınız, Oval kabinetdə çox da uzun olmayan müddət əvvəl dedim: “Sənin əlində kozırlar yoxdur.”