Donald Tramp - Bizim heç vaxt NATO-nun köməyinə ehtiyacımız olmayıb, onlar deyirlər ki, Əfqanıstana müəyyən sayda hərbçi göndəriblər, elə də olub, onlar cəbhə xəttindən uzaqda olublar
Bizim heç vaxt NATO-nun köməyinə ehtiyacımız olmayıb, onlar deyirlər ki, Əfqanıstana müəyyən sayda hərbçi göndəriblər, elə də olub, onlar cəbhə xəttindən uzaqda olublar, – bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə bildirib.
Tramp bir daha Şimali Atlantika Alyansını tənqid edib. ABŞ Prezidentinin qeyd etdiyi kimi, ehtiyac yaranacağı təqdirdə NATO-nun ABŞ-a kömək etməyə hazır olacağına əmin deyil.
Məlumat üçün bidirək ki, ABŞ Alyansın Nizamnaməsinin 5-ci maddəsini tətbiq edən yeganə NATO ölkəsidir. Bu maddə müttəfiqlərdən birinə hücum edildiyi halda birgə cavab tədbirlərini nəzərdə tutur. 5-ci maddə ABŞ-da 2001-ci il 11 sentyabr tarixində həyata keçirilən terror hücumlarından sonra aktivləşdirilib və həmin hücumlar Amerika qüvvələrinin Əfqanıstana yerləşdirilməsi ilə nəticələnib.