Donald Tramp - Biz nüvə silahı sınaqları keçirəcəyik, çünki digər ölkələr keçirir, bizim hər bir ölkədən daha çox nüvə silahımız var
Donald Tramp - Biz nüvə silahı sınaqları keçirəcəyik, çünki digər ölkələr keçirir, bizim hər bir ölkədən daha çox nüvə silahımız var

Biz nüvə silahı sınaqları keçirəcəyik, çünki digər ölkələr də keçirir”, – bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

O, bu məsələ ilə bağlı Çin və Rusiya prezidentləri ilə görüşməyi planlaşdırdığını bildirib.

“Bizim hər bir ölkədən daha çox nüvə silahımız var. Onları yeniləyən və bəzilərini quran mənəm. Bunu etməkdən nifrət edirdim, amma seçimim yox idi. Bizdə daha çox var, Rusiya ikinci yerdədir, Çin isə uzaq, üçüncü yerdədir, amma dörd-beş ildən sonra onlar bizimlə olacaqlar. Mənim etmək istədiyim budur ki, nüvə silahlarının azaldılması yoluna gedək. Başqa sözlə desək, nüvə silahlarının azaldılması məqsədilə görüşümüz olacaq. Bu, əla bir şey olacaq”, – Tramp “Air Force One” bortunda jurnalistlərə müsahibəsində bildirib.

Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp Pentaqona “dərhal ABŞ-ın nüvə silahlarının sınaqlarına başlamaq” barədə göstəriş verdiyini bildirib.