Donald Tramp - Biz NATO ilə Qrenlandiya məsələsi barədə danışırıq, milli təhlükəsizlik üçün Qrenlandiyaya çox ehtiyacımız var
Donald Tramp - Biz NATO ilə Qrenlandiya məsələsi barədə danışırıq, milli təhlükəsizlik üçün Qrenlandiyaya çox ehtiyacımız var

ABŞ prezidenti Donald Trampın bildirdiyinə görə, ABŞ NATO ilə Qrenlandiya məsələsi ilə bağlı danışır.

Bu barədə Donald Tramp jurnalistin sualına cavab olaraq bildirib.

“Milli təhlükəsizliyimiz üçün Qrenlandiyaya çox ehtiyacımız var. Əgər Qrenlandiyamız yoxdursa, milli təhlükəsizliyimizdə böyük bir boşluq olacaq. Xüsusilə də “Qızıl günbəz” hava hücumundan müdafiə sistemi və bir çox başqa şeylərə gəldikdə. Biz hərbi sahəyə böyük sərmayə yatırmışıq. Dünyada ən güclü hərbi qüvvələrimiz var və onlar getdikcə güclənirlər. Bunu Venesuelada, İrana hücum etdiyimiz zaman, onların nüvə imkanlarını sıradan çıxardığımızda gördünüz”, – Tramp qeyd edib.