Donald Tramp bildirir ki, Vladimir Putinə qarşı səbri çox tez tükənir
Donald Tramp bildirir ki, Vladimir Putinə qarşı səbri çox tez tükənir

ABŞ Prezidenti Donald Tramp bir daha bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinə qarşı səbri tükənir.

Bu barədə Donald Tramp “Fox News” efirində deyib.

Donald Tramp qeyd edib ki, onun səbri çox tez tükənir.

ABŞ prezidenti bir daha bildirdi ki, tanqo rəqsində iki nəfər lazımdır.

“Təəccüblüdür ki, Putin bunu etmək istəyəndə, Zelenski istəmirdi. Zelenski istəyəndə isə, Putin istəmirdi. İndi Zelenski istəyir, amma Putin sual altındadır. Lakin biz çox, çox qəti hərəkət etməli olacağıq”, – Donald Tramp deyib.