Donald Tramp bildirir ki, Ukraynanın Rusiyanın hərbi hava bazalarını bombalaması Moskvaya yeni genişmiqyaslı hücumlar həyata keçirmək üçün əsas verib
Donald Tramp bildirir ki, Ukraynanın Rusiyanın hərbi hava bazalarını bombalaması Moskvaya yeni genişmiqyaslı hücumlar həyata keçirmək üçün əsas verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynanın Rusiyanın hərbi hava bazalarını bombalaması Moskvaya yeni genişmiqyaslı hücumlar həyata keçirmək üçün əsas verib. Tramp jurnalistlərin Ukraynanın Rusiya aviabazalarına hücumundan sonra Volodimir Zelenskiyə münasibətinin dəyişib-dəyişmədiyi sualına belə cavab verib.

“Onlar Putinə səbəb verdilər ki, gedib onları cəhənnəm kimi bombalasın. Bunu görəndə dedim ki, budur, başladı. İndi hücum olacaq. Düşünürəm ki, mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi”, – Donald Tramp qeyd edib.

Bununla yanaşı, Donald Tramp zərurət yaranarsa, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini istisna etməyib.

“Mən bu qanunu yaxşı bilirəm, öyrənmişəm, baxarıq. Bəli, lazım gəlsə, Rusiyanın müqaviləni imzalamayacağını, qanı dayandırmayacağını düşünsəm, bundan istifadə edəcəm. Həftədə 1000 əsgər həlak olur, insanlar həlak olur. Onlar mənə həqiqətən də bu imkanı verirlər”, – Tramp bildirib.

Məlumat üçün bildirək ki, Senat Rusiyaya qarşı sanksiyaları, eləcə də Rusiya ilə ticarət edən ölkələrə qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutan qanun layihəsi üzərində işləyir.