Donald Tramp bildirir ki, Stiv Uitkof Qəzza zolağında əla görüşlər keçirib
ABŞ prezidenti Donald Tramp onun xüsusi nümayəndəsi Stiv Uitkofun Qəzzada əla görüşlər keçirdiyini bildirib.
Donald Tramp Qəzzadakı mövcud vəziyyətlə bağlı Uitkofla dialoq apardığını təsdiqləyib.
“Uitkofun bir çox insanla əla görüşləri oldu, əsas görüşlər qida məsələsi ilə bağlı idi. Onun bir neçə başqa dialoqu da oldu, bu haqda sonra danışacağıq”, – Donald Tramp qeyd edib.
Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof Qəzza zolağında əhali üçün qida paylama mərkəzlərinə baş çəkib. Onun dediyinə görə,Qəzzaya səfərin əsas məqsədlərindən biri Donald Trampa humanitar vəziyyət barədə təsəvvür yaratmaq olub.