Donald Tramp bildirir ki, Si Dzinpin ABŞ-a ehtimal ki, sentyabrın sonunda səfər edəcək
Donald Trampın bildirdiyinə görə, Si Dzinpin ABŞ-a ehtimal ki, sentyabrın sonunda səfər edəcək. Bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Trampın sözlərinə görə, Si Dzinpin ABŞ-a sentyabrın 24-də gələ bilər, bu da Nyu-Yorkda BMT Baş Assambleyasının keçiriləcəyi tarixlə üst-üstə düşür.
“Düşünürəm ki, Prezident Si bura sentyabrın sonunda, təxminən ayın 24-də gələcək. Onu görmək istəyən minlərlə insanı yerləşdirmək üçün bizə böyük bir banket zalı lazımdır. Hamı onu görmək istəyir”, – deyə Tramp bildirib.
“Bloomberg” yazır ki, sentyabrın 22-də BMT Baş Assambleyasında çıxış etməsi planlaşdırılan Tramp ənənəvi olaraq digər dünya liderləri ilə görüşlər keçirmək üçün bir neçə gün Nyu-Yorkda qalır.
Si Dzinpin 2012-ci ildə vəzifəyə gəldikdən sonra BMT Baş Assambleyasında prezident olaraq yalnız bir dəfə iştirak edib. Tramp və Si Dzinpin sonuncu dəfə cari ilin may ayında, Pekində keçirilən sammit çərçivəsində görüşüblər.