Donald Tramp bildirir ki, ona zarafatla “Avropanın prezidenti” deyirlər
Donald Tramp bildirir ki, ona zarafatla “Avropanın prezidenti” deyirlər

Donald Tramp bildirir ki, ona zarafatla “Avropanın prezidenti” deyirlər.

Bu barədə ABŞ prezidenti bu gün Oval kabinetdə bir sıra sərəncam imzalayarkən bildirib.

Trampın sözlərinə görə, hazırda ABŞ “dünyanın ən hörmətli ölkəsidir”.

Donald Tramp bunu Avropa İttifaqı və NATO-ya üzv ölkələrin nümayəndələri haqqında danışarkən qeyd edib: “Onlar sizin prezidentinizə o qədər hörmət edirlər ki, məni zarafatla Avropanın prezidenti adlandırırlar. Bu böyük şərəfdir. Mən Avropanı sevirəm. Mən bu xalqı sevirəm. Bunlar yaxşı insanlardır, əla liderlərdir”.

Tramp bir daha dedi ki, o, Avropalı müttəfiqlərdən müdafiə xərclərinin artırılmasını israrla tələb edirdi və NATO ölkələri hərbi xərclərin ÜDM-in 5%-dək artırılmasına razılaşıblar.