Donald Tramp Vladimir Putinlə görüşün 15 avqustda Alyaskada keçiriləcəyini bildirir
Donald Tramp Vladimir Putinlə görüşün 15 avqustda Alyaskada keçiriləcəyini bildirir

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş 15 avqustda Alyaskada keçiriləcək.

Bu barədə ABŞ Prezidenti sosial şəbəkədə yazıb.

Trampın yazdığına görə, əlavə təffərüatlar daha sonra açıqlanacaq.

Məlumat üçün bildirək ki, bundan əvvəl Ağ Evdə bildirdilər ki, Putin və Trampın görüş yeri kimi Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, İsveçrə və Roma nəzərdən keçirilir.