Donald Tramp bildirir ki, o və Vladimir Putin görüşənə qədər Ukraynada heç nə baş verməyəcək
Putinlə mən görüşənə qədər heç nə olmayacaq, – bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Trampa Rusiya-Ukrayna danışıqları ilə bağlı sual ünvanlanıb.
Heç nə baş verməyəcək, Putinlə mən görüşənə qədər, yaxşı? Mən olmasaydım o getməzdi. Bəyənirsiniz ya yox, inanmıram ki, biz görüşməyənə qədər nəsə baş versin, amma biz bu məsələni həll etməliyik, çünki çoxlu insan həlak olur”, – Tramp jurnalistlərə bildirib.
Trampın qeyd etdiyi kimi, o, məyus deyil.
“Mən məyus deyiləm. Niyə olmalıyam? Biz sadəcə dörd trilyon dollar aldıq və siz nümayəndə heyətindən məyussunuz? Heyət haqqında heç nə bilmirəm, hətta yoxlamamışam”, – Tramp qeyd edib.