Donald Tramp bildirir ki, Moskva ilə münaqişəyə son qoymaq üçün yekun razılığa gəlmək Kiyevdən daha asan olacaq

22:59, 07.03.2025

ABŞ prezidenti Donald Tramp bildirir ki, Rusiya və Ukrayna arasında münaqişəyə son qoymaq üçün Moskva ilə yekun razılaşma əldə etmək Kiyevdən daha asan olacaq.

Trampın dediyinə görə, Putinin mövqeyində olan hər insan hazırkı döyüş dinamikası şəraitində Ukraynanı bombalayacaqdı. Trampın dediyinə görə, Kiyev hərəkətə keçməlidir və sülh razılaşması istiqamətində çalışmalıdır.

“Düşünürəm ki, biz Rusiya ilə çox yaxşı işləyirik, lakin indi onlar Ukraynanı cəhənnəm kimi bombalayırlar və Ukrayna ilə, açığını desəm, onunla ünsiyyət qurmaq daha çətindir və onların kartları yoxdur”, – Tramp bildirib.

ABŞ prezidentinin dediyinə görə, Vladimir Putin “bütün kartları” əlində saxlayır.

“Yekun razılığın əldə olunması baxımından Rusiya ilə ünsiyət qurmaq daha asan ola bilər, bu təəccüblüdür, çünki onların əlində bütün kartları var”, Tramp qeyd edib.

Oxşar