Donald Tramp bildirir ki, İsrail və Livan arasında on günlük atəşkəs elan ediləcək
Donald Tramp bildirir ki, İsrail və Livan arasında on günlük atəşkəs elan ediləcək

İsrail və Livan arasında on günlük atəşkəs elan ediləcək. Bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.

Donald Trampın sözlərinə görə, Livan prezidenti Cozef Aun və İsrailin baş naziri Benyamin Netanyahu ilə əla söhbət edib.

Trampın iddiasına görə, ölkələr arasında sülhə nail olmaq üçün liderlər atəşkəs rejiminin Vaşinqton vaxtı ilə saat 17:00-dan etibarən qüvvəyə minməsi barədə razılığa gəliblər.

“Çərşənbə axşamı iki ölkənin liderləri 34 ildən sonra ilk dəfə Vaşinqtonda dövlət katibimiz Marko Rubio ilə görüşdülər. Mən vitse-prezident Cey Di Vensə, dövlət katibi Rubiaya, eləcə də Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə İsrail və Livan arasında davamlı sülhün əldə olunması üçün işləməyi tapşırdım. Mən dünyada doqquz müharibənin həllinə nail olmuşam və bu, onuncu olacaq. Gəlin bunu da həll edək”, – Tramp qeyd edib.

Bununla yanaşı, Donald Tramp Livan və İsrail liderlərini danışıqlar üçün Ağ Evə dəvət etdiyini qeyd edib. Trampın sosial şəbəkədə paylaşdığı paylaşımda qeyd etdiyi kimi, bu, 1983-cü ildən bəri iki ölkə liderləri arasında ilk görüş olacaq.

“İsrailin baş naziri Benyamin Netanyahu və Livan prezidenti Cozef Aunu İsrail və Livan arasında 1983-cü ildən sonra ilk mühüm danışıqlar üçün Ağ Evə dəvət edəcəyəm. Hər iki tərəf sülh istəyir və mən inanıram ki, bu baş verəcək”, – ABŞ prezidenti sosial şəbəkədə yazır.