Donald Tramp bildirir ki, İranla bağlı yekun qərar qəbul etmək üçün rəsmi şəxslərlə görüş keçirəcək
Donald Trampın bildirdiyinə görə, İranla bağlı yekun qərar qəbul etmək üçün Vəziyyət Otağında rəsmi şəxslərlə görüş keçirəcək.
ABŞ Prezidentinin sözlərinə görə, İran heç vaxt nüvə silahına və ya bombasına sahib olmayacağını qəbul etməlidir, Hörmüz boğazı isə hər iki istiqamətdə məhdudiyyətsiz dəniz nəqliyyatı üçün heç bir rüsum ödənmədən dərhal açılmalıdır.
“Bütün sualtı minalar (bombalar), əgər ümumiyyətlə varsa, məhv ediləcək (bizim sualtı mina təmizləyən vasitələrimiz partlatma yolu ilə bu cür minaların çoxunu zərərsizləşdirib. İran isə qalan, sayı o qədər də çox olmayan minaların təmizlənməsini və/və ya partladılmasını dərhal başa çatdıracaq!). İndi ləğv ediləcək möhtəşəm və görünməmiş dəniz blokadamız sayəsində, boğazda sıxışıb qalmış gəmilər “evə qayıtmaq” prosesinə başlaya bilərlər! Həyat yoldaşlarınıza, ərlərinizə, valideynlərinizə və ailələrinizə məndən — sevimli prezidentinizdən salam deyin! “Nüvə tozu” da adlandırılan və təxminən 11 ay əvvəl bizim güclü B2 bombardmançı təyyarələrimizin hücumu nəticəsində çökmüş dağların altında, yerin dərində basdırılıb qalan zənginləşdirilmiş material İran İslam Respublikası və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə sıx əməkdaşlıq və koordinasiya şəraitində Amerika Birləşmiş Ştatları tərəfindən çıxarılacaq (hansı ki, hamının razılaşdığı kimi, Çinlə bərabər bunu etmək üçün mexaniki imkanlara sahib yeganə ölkədir!) və məhv ediləcək. Növbəti bildirişədək pul mübadiləsi həyata keçirilməyəcək. Digər, daha az əhəmiyyətli məsələlərlə bağlı razılıq əldə olunub”, – Trampın bəyanatında qeyd olunub.