Donald Tramp bildirir ki, İrana ABŞ-ı şantaj etməyə imkan verməyəcək - "Biz onlarla danışırıq və sərt mövqe tuturuq"
ABŞ prezidenti Donald Tramp bəyan edir ki, Tehrana Vaşinqtonu şantaj etmək imkanı verməyəcək.
Ağ Evin rəhbəri bu barədə Oval kabinetdə jurnalistlərin sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, ABŞ sərt mövqe tutaraq İranla danışıqları davam etdirir.
“İranla çox yaxşı danışıqlar aparırıq. Onlar son 47 il ərzində etdikləri kimi bir az “şirinləşiblər”. Onlar illərdir olduğu kimi boğazı yenidən bağlamaq istəyirdilər. Biz onlara şantaj etməyə imkan verməyəcəyik. Biz onlarla danışırıq və sərt mövqe tuturuq”, – Tramp bildirib.