Donald Tramp bildirir ki, illər ərzində ABŞ və Kanada arasında Vaşinqton üçün əlverişsiz ticarət sazişi mövcud olub və bu səbəbdən Ştatların vətəndaşları daimi olaraq zərər çəkiblər
Donald Tramp bildirir ki, illər ərzində ABŞ və Kanada arasında Vaşinqton üçün əlverişsiz ticarət sazişi mövcud olub və bu səbəbdən Ştatlar vətəndaşları daimi olaraq zərər çəkiblər. Onun sözlərinə görə, gələcəkdə belə bir şey artıq davam etməyəcək və Kanada mallarına 2027-ci ildən etibarən tariflər tətbiq olunacaq.
Ağ Ev liderinin bildirdiyinə görə, Kanadanın ABŞ-a ABŞ-ın Kanadaya ehtiyacından daha çox ehtiyacı var.
“Kanada illər ərzində Amerika Birləşmiş Ştatlarını aldadırdı. Onların fermerlərimizə və kənd təsərrüfatı məhsullarımıza tətbiq etdiyi gülünc dərəcədə yüksək tariflər böyük Amerika patriotları üçün həyatı qeyri-mümkün edib və uzun müddətdir ki, iki ölkəmiz arasında 60 milyard dollarlıq kəsir yaradıb. Bu, davamlı deyil və artıq belə olmayacaq! 2027-ci ilin yanvarın 1-dən etibarən bütün böyük və kiçik avtomobillərə, yük maşınlarına, avtomobil hissələrinə və polada tətbiq olunan tariflər 50%-ə qədər artırılacaq. Əgər onlar ABŞ-da istehsal olunarsa, tariflər sıfır olacaq. Ticarət və digər sahələrdə onlar dünyanın ən bərbad millətlərindən biridir. Özünü imtiyazlı hiss edirlər, halbuki bizim Kanadaya ehtiyacımız yoxdur, onların bizə ehtiyacı var. Onlar öz bizneslərinin 95%-ni ABŞ ilə həyata keçirirlər, bizdə isə – tam əksidir”, – deyə o yazır.
Məlumat üçün bildirək ki, ABŞ və Kanada arasındakı ticarət danışıqları uğursuzluqla nəticələnib, bundan sonra ABŞ Kanada mallarına 20 milyard dollar dəyərində 50%-lik rüsumlar tətbiq edib.
ABŞ tərəfindən tətbiq edilən rüsumlara cavab olaraq, Kanadanın Baş naziri Kanadanın Vaşinqton tərəfindən tətbiq edilən yeni rüsumları dollara uyğunlaşdıracağını bildirib.