Donald Tramp bildirir ki, Hörmüz boğazından keçid üçün rüsum tətbiq olunmayacaq
US President Donald Trump speaks to the press outside the Oval Office at the White House in Washington, DC, on April 13, 2026. Trump refused to apologize Monday for criticizing Pope Leo XIV, after the pontiff called for an end to violence in the Iran war. "There's nothing to apologize for. He's wrong," Trump told reporters, a day after a social media post and comments slamming the US-born pope. (Photo by Brendan SMIALOWSKI / AFP)
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, sülh danışıqları üçün müəyyən edilmiş 60 günlük müddət ərzində və bu müddət bitdikdən sonra Hürmüz boğazından keçid üçün rüsum tətbiq olunmayacaq.
Bu barədə Tramp sosial şəbəkədə yazıb.
“60 günlük atəşkəs dövründə Hörmüz boğazında heç bir rüsum olmayacaq. ABŞ-nin Yaxın Şərq ölkələrinə onların “keşikçi mələyi” qismində göstərdiyi xidmətlərə görə keçmiş, cari və gələcək xərclərin ödənilməsi məqsədilə saziş imzalanmayacağı təqdirdə, 60 günlük müddət bitdikdən sonra da ödənişlər olmayacaq”, – Tramp yazır.