Donald Tramp bildirir ki, əgər istəsə, Şimali Koreya lideri Kim Çen İnlə görüşəcək – "Bunun üçün hazıram, onunla əla münasibətim olub"
Donald Tramp bildirir ki, əgər istəsə, Şimali Koreya lideri Kim Çen İnlə görüşəcək – "Bunun üçün hazıram, onunla əla münasibətim olub"

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, o, Şimali Koreya lideri Kim Çen In ilə görüşməyə hazırdır. Bu barədə Donald Tramp jurnalistlərə söhbəti zamanı bildirib.

Trampın qeyd etdiyi kimi, Kim Çen İn istəsə, Asiya səfəri çərçivəsində Şimali Koreya lideri ilə görüşməyə hazırdır.

“Razılaşardım. Əgər bu məlumatı yaymaq istəyirsinizsə, mən bunu etməyə hazıram. Onunla əla münasibətim olub”, – Tramp qeüyd edib.

Tramp həmçinin Şimali Koreyanın ABŞ-la dialoqun onların nüvə dövləti kimi tanınması şərti ilə bağlı tələbindən də danışıb.

“Onların nüvə gücü kimi tanınması lazım olduğunu dediyiniz zaman, çoxlu nüvə silahına sahib olduqlarını deyərəm”, – Tramp bildirib.

Məlumat üçün bildirək ki, Donald Tramp ilk prezidentlik dövründə Şimali Koreya lideri Kim Çen İnlə üç dəfə görüşüb.