Donald Tramp bildirir ki, demokratların iqlim dəyişikliyinin planeti məhv edəcəyi barədə bəyanatları yanlış idi və bu, BMT-nin İqlim Komitəsi tərəfindən də təsdiqləyib
Donald Tramp bildirir ki, demokratların iqlim dəyişikliyinin planeti məhv edəcəyi barədə bəyanatları yanlış idi və bu, BMT-nin İqlim Komitəsi tərəfindən də təsdiqləyib

ABŞ prezidenti Donald Tramp bildirir ki, demokratların iqlim dəyişikliyinin planeti məhv edəcəyi barədə bəyanatları yanlış idi və bu, BMT-nin İqlim Komitəsi tərəfindən də təsdiqlənib.

Onun sözlərinə görə, demokratlar iqlim dəyişikliyi aktivizmindən amerikalıları qorxutmaq və öz saxta tədqiqatlarını maliyyələşdirmək üçün istifadə ediblər, buna isə milyardlarla dollar xərclənib.

“Demokratların 15 ildir iqlim dəyişikliyinin planeti məhv edəcəyinə dair vədlərindən sonra BMT-nin İqlim Paneli öz proqnozlarının (RCP8.5) səhv olduğunu etiraf etdi! Səhv! Səhv! Uzun müddətdir ki, demokratlar iqlim aktivizmindən amerikalıları qorxutmaq, dəhşətli enerji siyasətləri yürütmək və öz saxta tədqiqat proqramlarına milyardlarla dollar maliyyə ayırmaq üçün istifadə edirdilər. Demokratlardan fərqli olaraq, hansılar ki, öz yeni yaşıl fırıldaqlarını yaymaq üçün “iqlim həyəcanı” cəfəngiyatından istifadə edirlər, mənim administrasiyam hər zaman həqiqətə, elmə və faktlara əsaslanacaq!”- Tramp yazır.