Donald Tramp bildirir ki, Çin lideri Si Dzinpin bu il ABŞ-a səfər edəcək
Donald Tramp bildirir ki, Çin lideri Si Dzinpin bu il ABŞ-a rəsmi səfər edəcək.
Onun dediyinə görə, Çin prezidentinin səfəri ilin sonunda baş tutacaq.
Medianın məlumatına görə, bu barədə Donald Tramp Si Dzinpinlə telefon danışığından sonra bildirib.
“Bəli, o, bu il Ağ Evə gələcək. ABŞ və Çin dünyanın ən güclü iki ölkəsidir və aramızda çox yaxşı münasibətlər var”, – Tramp bildirib.
Bundan əvvəl isə Donald Trampın aprel ayında Çinə səfər edəcəyi məlum olub.