Donald Tramp bildirir ki, Benyamin Netanyahu ilə telefon danışığı planlaşdırır
Donald Tramp bildirir ki, Benyamin Netanyahu ilə telefon danışığı planlaşdırır

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı planlaşdırır. Bu barədə “Reuters” agentliyi Ağ Evə istinadən məlumat yayır.

Tramp dəfələrlə Benyamin Netanyahuya qarşı narazılığını ifadə edib. Ötən həftə o bildirib ki, İsrailin Baş nazirini İranla nüvə danışıqlarının pozulmasına səbəb ola biləcək addımlar atmaması barədə xəbərdar edib.

Mən ona dedim ki, bunu etmək indi məqsədəuyğun olmazdı, çünki biz həll yoluna çox yaxınlaşmışıq,” – Tramp Oval kabinetdə jurnalistlərə müsahibəsində bildirib.

İran tezliklə Oman vasitəsilə Birləşmiş Ştatlara nüvə sazişi ilə bağlı cavab təklifini təqdim edəcək. Müvafiq bəyqnatı İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsəmail Baqai verib.