Donald Tramp bildirir ki, ABŞ və İran arasında razılıq əldə olunacağı təqdirdə, o, Tehranın nüvə proqramını 20 illik dayandırmasına razı olardı
Donald Tramp bildirir ki, ABŞ və İran arasında razılıq əldə olunacağı təqdirdə, o, Tehranın nüvə proqramını 20 illik dayandırmasına razı olardı

ABŞ Prezidenti Donald Tramp bəyan edir ki, ABŞ və İran arasında ortaq məxrəcə gəlinəcəyi təqdirdə, o, Tehranın nüvə proqramını 20 illik dayandırmasına razı olardı.

“İyirmi il kifayətdir, lakin onlardan gələn zəmanət səviyyəsi, başqa sözlə desək, real 20 il olmalıdır”, – deyə Tramp bildirib.

Eyni zamanda, Trampın sözlərinə görə, İranla bağlı onun səbri tükənir, çünki hazırkı mərhələdə danışıqlarda irəliləyiş əlamətləri görünmür.