Donald Tramp bəyan edir ki, Volodimir Zelenski və Vladimir Putin Ukraynadakı müharibəni bitirmək üçün “nəsə etməyə” hazırdırlar
ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibəni bitirmək üçün “nəsə etməyə” hazırdırlar. Tramp bu barədə Evian şəhərində, Böyük Yeddilik sammiti öncəsi Fransa Prezidenti Emmanuel Makron ilə görüşü zamanı bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, bazar günü onun həm Zelenski, həm də Putinlə “əla” telefon danışığı olub.
“Dünən Prezident Zelenski və Prezident Putinlə çox yaxşı söhbətim oldu. Görürəm ki, bəlkə də bu istiqamətdə nəsə edə bilərik. Həqiqətən belə düşünürəm. Düşünürəm ki, hər iki tərəf buna hazırdır”, – Tramp bildirib.
Tramp həmçinin qeyd edib ki, o, Ukraynadakı müharibənin dayandırılmasına diqqət yetirəcək və “buna nail olub-oluna bilməyəcəyini” anlamağa çalışacaq.
“Bu məsələ üzərində işləyəcəyik və bunun mümkün olub-olmadığını görəcəyik. Hər ay 25.000 insan, əsasən hərbçilər həlak olur və bu, baş verməməlidir. Dünən iki çox yaxşı söhbətim oldu. Bu barədə yenidən danışacağıq”, – Donald Tramp bildirib.