Donald Tramp Benyamin Netanyahunu Livandakı hərbi əməliyyatları azaltmağa çağırır - "Düşünürəm ki, biz daha təmkinli olmalıyıq"
Donald Tramp Benyamin Netanyahunu Livandakı hərbi əməliyyatları azaltmağa çağırır - "Düşünürəm ki, biz daha təmkinli olmalıyıq"

ABŞ Prezidenti Donald Tramp Benyamin Netanyahunu Livandakı hərbi əməliyyatları azaltmağa çağırıb. Bu barədə Donald Tramp “NBC News”a telefon müsahibəsində danışıb.

Trampın dediyinə görə, o, möhkəm olmayan atəşkəs fonunda Netanyahudan Livanda “daha təmkinli” olmağı xahiş edib.

“Mən Bibi ilə danışdım və o, təmkinli olacaq. Sadəcə düşünürəm ki, bir az daha təmkinli olmalıyıq”, – deyə Tramp bildirib və israillilərin Livandakı əməliyyatlarını azaltdığına inandığını qeyd edib.

Bununla yanaşı, Tramp atəşkəs razılaşması ilə bağlı nikbinliyini ifadə edib. Onun sözlərinə görə, İran liderləri özəl söhbətlərdə daha çevik görünürlər.

“Onlar daha məntiqlidirlər. Razılaşmalı olduqları hər şeylə razılaşırlar. Unutmayın ki, onlar məğlub olublar, onların artıq hərbi gücləri yoxdur”, – deyə Tramp bildirib.