Donald Tramp Benyamin Netanyahunu Ağ Evdə qəbul edib və Qəzzada razılaşma şanslarına "çox əmin" olduğunu bildirib
Donald Tramp Benyamin Netanyahunu Ağ Evdə qəbul edib və Qəzzada razılaşma şanslarına "çox əmin" olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul edib və Qəzzada razılaşma şanslarına “çox əmin” olduğunu bildirib.

Netanyahuyla salamlaşarkən jurnalistlər Trampdan Qəzzada sülhün təmin olunması və müharibənin bitməsi ilə bağlı razılaşma şansına əmin olub-olmadığını soruşublar.

“Mən çox əminəm”, – iki lider Ağ Evə daxil olmamışdan əvvəl Tramp cavab verib.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livit jurnalistlərə bildirib ki, Donald Tramp Qəzza zolağında müharibəyə son qoymaq planını hər iki tərəfin “bir qədər narazı qalmasına” baxmayaraq, İsrail və “HƏMAS” üçün əldə edilə biləcək ən yaxşı plan hesab edir.