Donald Tramp – Baydenin siyasəti Rusiya və Çini birləşdirdi, bu da çox təhlükəlidir
Baydenin siyasəti Rusiya və Çini birləşdirdi, bu da çox təhlükəlidir, – bu barədə ABŞ prezidentliyinə namizəd Donald Tramp Arizona ştatında tərəfdarları ilə görüşü zamanı bildirdi.
ABŞ-ın sabiq prezidentinin söylədiyinə görə, indiki prezidentdən fərqli olaraq o, Rusiya ilə Çini yenidən ayıra bilər. Donald Tramp həmçinin qeyd edib ki, ABŞ dollar standartını itirir, bu da müharibəni itirmək kimidir.
“Rusiya və Çinin yenidən birləşməsi heç vaxt görmək istəmədiyimiz bir şey idi. Biz onları birləşdirdik. Bayden onları birləşdirdi. Bu ayıbdır və onların etdikləri axmaqlıqdır. Mən onları ayırmalı olacağam. Düşünürəm ki, bunu edə bilərəm. Onlar təbii düşməndirlər, çünki Rusiyanın böyük torpağı var və Çinin buna ehtiyacı var. Çinin əhalisi üçün torpağı yoxdur. Onlar təbii düşmənlərdir və biz onların bir yerdə olmasına icazə verdiq. Bu, çox təhlükəli bir şeydir”, – Donald Tramp bildirib.