Donald Tramp - Başa çatmaq üzrə olduğunu düşündüyüm danışıqlar zamanı Kiyev kimi şəhərlərə raketlər atıldı, bu məni çox məyus etdi
Donald Tramp - Başa çatmaq üzrə olduğunu düşündüyüm danışıqlar zamanı Kiyev kimi şəhərlərə raketlər atıldı, bu məni çox məyus etdi

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukrayna şəhərlərinə aviazərbələr endirməsinin, ölkə nümayəndə heyətlərinin sülh danışıqları apardığı bir vaxtda baş verməsinə təəccübləndiyini bildirib. Tramp bu barədə İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsindən istefası ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Məni çox təəccübləndirən bir şey gördüm. Mən danışıqların başa çatmağa yaxın olduğunu düşünürdüm, amma məhz bu zaman Kiyev kimi şəhərlərə raketlər atıldı. Ona görə də çox məyus oldum”, – Donald Tramp qeyd edib.

Trampın dediyinə görə, son bir həftədə Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə ən azı 5 min insan həlak olub.

“Mən bunun dayandırılmasını istəyirəm”, – Tramp qeyd edib.