Donald Tramp - Avropa İttifaqı ilə danışıqlar heç bir istiqamətdə getmir, ona görə də 2025-ci ilin iyunun 1-dən Avropa İttifaqına birbaşa 50%-lik rüsum tətbiq etməyi tövsiyə edirəm
Donald Tramp - Avropa İttifaqı ilə danışıqlar heç bir istiqamətdə getmir, ona görə də 2025-ci ilin iyunun 1-dən Avropa İttifaqına birbaşa 50%-lik rüsum tətbiq etməyi tövsiyə edirəm

“Avropa İttifaqı ilə danışıqlar heç bir istiqamətdə getmir, ona görə də mən 2025-ci ilin iyunun 1-dən Avropa İttifaqına birbaşa 50%-lik gömrük rüsumunun tətbiq edilməsini tövsiyə edirəm”, – bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazır.

Onun dediyinə görə, rüsum ABŞ-da yığılmış və ya istehsal olunmuş məhsullara şamil edilməyəcək.

“Əsasən ticarət məsələlərində ABŞ-dan üstünlük əldə etmək üçün yaradılan Avropa İttifaqı ilə işləmək çox çətin olduğunu sübut etdi. Onların güclü ticarət maneələri, ƏDV vergiləri, gülünc korporativ cərimələr, qeyri-monetar ticarət maneələri, valyuta manipulyasiyası, Amerika şirkətlərinə qarşı ədalətsiz və əsassız məhkəmə şikayətləri və digər amillər nəticəsində Birləşmiş Ştatlarla illik ticarət kəsiri 250 milyon ABŞ dollarından çox olub ki, bu tamamilə qəbuledilməzdir.  Bizim aramızda aparılan danışıqlar heç bir istiqamətdə getmir. Ona görə də 2025-ci ilin iyunun 1-dən Avropa İttifaqına birbaşa 50%-lik rüsum tətbiq etməyi tövsiyə edirəm. Rüsum ABŞ-da yığılmış və ya istehsal olunmuş məhsullara şamil edilməyəcək”, – Tramp sosial şəbəkədə yazır.