Donald Tramp - Avropa geridə qalır, Prezident Putin Avropadan deyil, mənim rəhbərlik etdiyim Amerika Birləşmiş Ştatlarından qorxur
Donald Tramp - Avropa geridə qalır, Prezident Putin Avropadan deyil, mənim rəhbərlik etdiyim Amerika Birləşmiş Ştatlarından qorxur

Avropa indi fərqli bir yerdir, Avropa dəyişir, Avropa gücünü toplamalıdır, mən Avropanı sevirəm, – bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Avropa immiqrasiya siyasətində diqqətli olmalıdır.

“Avropa Ukrayna üçün çox şey edir, amma bu, kifayət deyil. Prezident Putin Avropadan deyil, mənim rəhbərlik etdiyim Amerika Birləşmiş Ştatlarından qorxur. Bilirsiniz, Avropa geridə qalıb. Cey Di Vens Avropa ilə bağlı çox sərt danışdı, onun tənqid etdilər, amma mən onu tənqid etmədim.

Avropa indi fərqli bir yerdir, Avropa dəyişir, Avropa gücünü toplamalıdır. Mən Avropanı sevirəm. Fikrimcə, əsasən Avropadan gəlirəm. Mənim köklərim Avropadandır. İndi isə dedilər ki, NATO-nun əla lideri var və xərcləri ÜDM-in 2%-dən 5%-ə qədər artırıblar. Bu, böyük bir addımdır, amma onlar immiqrasiya siyasətlərində çox diqqətli olmalıdırlar. Sadəcə onu deyim ki, Avropada artıq tanımadığınız bir çox vacib yer var. Bu fikri çox diplomatik şəkildə deyirəm, artıq onları tanımırsınız”, – deyə Donald Tramp bildirib.