Donald Tramp – Atəşkəs və yekun sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı kütləvi bank sanksiyaları və tariflər tətbiq etməyi ciddi düşünürəm

20:29, 07.03.2025

Atəşkəs və yekun sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı kütləvi bank sanksiyaları və tariflər tətbiq etməyi ciddi düşünürəm,- ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.

Tramp Rusiya və Ukraynanı danışıqlar masasına oturmağa çağırıb.

“Rusiyanın Ukraynanı döyüş meydanında tamamilə “məhv etdiyini” nəzərə alsaq, atəşkəs və yekun sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı kütləvi bank sanksiyaları, ticarət məhdudiyyətləri və tariflər tətbiq etməyi ciddi şəkildə düşünürəm. Mən Rusiya və Ukraynaya müraciət edirəm, gec olmadan indi danışıqlar masasına əyləşin. Təşəkkür edirəm! – Tramp sosial şəbəkədə yazır.

Oxşar