Donald Tramp - Atəşkəs rejimi hazırda inanılmaz dərəcədə zəifdir, süni nəfəs aparatına qoşulub
Atəşkəs rejimi hazırda inanılmaz dərəcədə zəifdir, bizə göndərdikləri o axmaq mətni oxuduqdan sonra heç sonuna qədər davam etmədim, – bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, həmin mətni oxumağa vaxt itirməyəcək.
“Dedim ki, onu oxumağa vaxt itirməyəcəyəm. Atəşkəs rejimi hazırda süni nəfəs aparatına qoşulub, tibb sahəsinin nümayəndələri bunu yaxşı anlayar. Həkim içəri girib sizə yaxınınızın sağ qalmaq şansının təxminən bir faiz olduğunu deyəndə olduğu kimi”, – Tramp bildirir.
Dünən mediada yayılan məlumata görə, İran Pakistan vasitəsilə ABŞ-a bütün cəbhələrdə müharibənin dayandırılmasını, sanksiyaların ləğvini, ABŞ-ın dəniz blokadasına son qoyulmasını və hücum etməmə zəmanətlərini ehtiva edən təklifini göndərib.