Donald Tramp “Apple” şirkəti ABŞ-da satış üçün “iPhone” istehsal etməzsə, onu 25%-lik rüsumla hədələyir
Donald Tramp “Apple” şirkəti ABŞ-da satış üçün “iPhone” istehsal etməzsə, onu 25%-lik rüsumla hədələyir

ABŞ prezidenti Donald Tramp “Apple” şirkəti ABŞ-da satış üçün “iPhone” istehsal etməzsə, onu 25%-lik rüsumla hədələyir.

Donald Tramp bu barədə sosial şəbəkədə yazıb və qeyd edib ki, o, artıq “Apple” şirkətinin rəhbəri Tim Kukla danışıb.

Ümid edirəm ki, onların ABŞ-da satılacaq “iPhone”ları Hindistanda və ya başqa yerlərdə deyil, ABŞ-da istehsal olunub hazırlanacaq. Əgər belə deyilsə, “Apple” ABŞ-da ən azı 25 faizlik rüsum ödəməlidir”, – Donald Tramp qeyd edib.