Donald Tramp – Ağ Evin nəzarət-keçid məntəqəsi yaxınlığında baş verən atışmada hücumçunun zorakı keçmişi olub və o, ehtimal ki, ölkəmizin ən dəyərli binası ilə bağlı bir vəsvəsəyə qapılıbmış

13:32, 24.05.2026

Hücumçunun zorakı keçmişi olub və o, ehtimal ki, ölkəmizin ən dəyərli binası ilə bağlı bir vəsvəsəyə qapılıbmış, – ABŞ Prezidenti Ağ Evin nəzarət-keçid məntəqəsi yaxınlığında baş vermiş atışmaya bu cür münasibət bildirib.

Donald Trampın qeyd etdiyi kimi, hadisə Ağ Ev müxbirlərinin şam yeməyindəki atışmadan bir ay sonra baş verib.

“Ağ Evin yaxınlığında silahlı hücumçuya qarşı göstərdikləri çevik və peşəkar fəaliyyətə görə möhtəşəm Məxfi Xidmətimizə və hüquq-mühafizə orqanlarına təşəkkür edirəm.Hücumçunun zorakı keçmişi olub və o, ehtimal ki, ölkəmizin ən dəyərli binasına qarşı vəsvəsəyə malik idi. Silahlı şəxs Ağ Evin darvazasına yaxın ərazidə Məxfi Xidmət agentləri ilə qarşılıqlı atışmadan sonra dünyasını dəyişib. Bu hadisə Ağ Ev müxbirlərinin şam yeməyində baş vermiş atışmadan bir ay sonra baş verib. Bu, bütün gələcək prezidentlər üçün Vaşinqtonda indiyədək tikilmiş ən təhlükəsiz və qorunan məkanın inşasının nə qədər vacib olduğunu bir daha nümayiş etdirir”, – Tramp sosial şəbəkədə yazır.

Oxşar