Donald Tramp administrasiyası Marko Rubio və Birləşmiş Krallığın keçmiş baş naziri Toni Bleri Qəzza zolağının "Sülh Şurası"nın təsisçi üzvləri təyin edib
Prezident Donald Trampın administrasiyası ABŞ dövlət katibi Marko Rubionu və Birləşmiş Krallığın keçmiş Baş naziri Toni Bleri Qəzza zolağının “Sülh Şurası”nın təsisçi üzvləri təyin edib. Bu barədə “BBC” məlumat yayır.
Ağ Evin yaydığı bəyanata görə, “Təsisçi İcra Şurası”na Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner də daxil olacaq.
Şuranın sədri vəzifəsini Donald Trampın icra edəcək.
Bu qurum Trampın İsrail və “HƏMAS” arasındakı müharibəyə son qoymağı hədəfləyən 20 maddəlik planı çərçivəsində yaradılacaq.
Medianın yazdığına görə, şura müvəqqəti olaraq Qəzzanın idarəçiliyinə rəhbərlik edəcək və onun yenidən qurulmasını əlaqələndirəcək.
Təsisçi icra şurasında həmçinin özəl investisiya fondunun rəhbəri Mark Rouen, Dünya Bankının prezidenti Acay Banqa və ABŞ-ın milli təhlükəsizlik müşaviri Robert Qabriel yer alır.
Ağ Evinin bəyanatına görə, hər bir üzvün məsuliyyət daşıyacağı sahə “Qəzzənin stabilləşdirilməsi və uzunmüddətli uğuru üçün kritik əhəmiyyət daşıyan” istiqamət olacaq.
Ağ Evin məlumatına görə, şuranın digər üzvlərinin kimliyi yaxın həftələrdə məlum olacaq.