Donald Tramp - ABŞ Vaşinqtonun Qrenlandiya ilə bağlı siyasəti ilə razılaşmayan ölkələrə rüsumlar tətbiq edə bilər
Donald Tramp - ABŞ Vaşinqtonun Qrenlandiya ilə bağlı siyasəti ilə razılaşmayan ölkələrə rüsumlar tətbiq edə bilər

ABŞ Vaşinqtonun Qrenlandiya ilə bağlı siyasəti ilə razılaşmayan ölkələrə rüsumlar tətbiq edə bilər, – bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun dediyinə görə, Qrenlandiya milli təhlükəsizlik üçün lazımdır.

“Mən eyni şeyi Qrenlandiya üçün də edə bilərəm, əgər ölkələr Qrenlandiya ilə bağlı bizimlə razılaşmasalar, onlara rüsumlar tətbiq edə bilərəm. Milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var. Beləliklə, mə bunu edə bilərəm”, – deyə Donald Tramp qeyd edib.