Donald Tramp – ABŞ Ukraynanın təhlükəsizlik zəmanətlərinə dəstək verəcək, lakin detalları hələ müzakirə etməmişik
Donald Tramp – ABŞ Ukraynanın təhlükəsizlik zəmanətlərinə dəstək verəcək, lakin detalları hələ müzakirə etməmişik

ABŞ Ukraynanın təhlükəsizlik zəmanətlərinə dəstək verəcək, lakin detalları hələ müzakirə etməmişik, – bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə müsahibəsində bildirib.

“Görək nə baş verəcək. Ən vacibi odur ki, Avropa Ukraynaya mühüm təhlükəsizlik zəmanətləri verəcək və bu belə də olmalıdır, çünki onlar elə oradadırlar. Amma biz də bu prosesdə iştirak edəcəyik. Biz dəstək baxımından onların arxasında olacağıq, biz onlara kömək edəcəyik. Mən düşünürəm ki, əgər biz razılığa gələ bilsək – və məncə, gələcəyik – onda bizim üçün problem olmayacaq. Biz bu razılaşmanı dəstəkləyəcəyik, çünki mən insanların qətlə yetirilməsinin dayandığını görmək istəyirəm”, – Tramp qeyd edib.

Onun dediyinə görə, Co Bayden Ağ Evdə olarkən Ukraynaya 350 milyard dollar verib.

“Ukraynaya 350 milyard dollar. Mən o vaxt demişdim ki, Zelenski ən yaxşı tacirdir, çünki o bura gəlirdi və vətəninə 50 milyard dollarla qayıdırdı. Bir dəfə isə bir gəlişində 100 milyard dollar belə aparmışdı. Mən isə trilion dollar dəyərində nadir metallar almışam, çünki amerikalı vergi ödəyicilərinin hesabına özümü çox pis hiss edirdim. Mən həmçinin NATO sammitində başqa bir şey etdim. NATO üzvləri zəngin ölkələrdir, amma onlar ödəmirdilər. İndi biz Ukraynaya ümumiyyətlə pul vermirik, bilirsiniz? Əslində, indi vəziyyət tam əksidir. Onlar NATO vasitəsilə tələb edirlər, biz Ukrayna ilə yox, NATO ilə məşğuluq. NATO raketlər istəyir, onlara hava müdafiə sistemləri, “Patriot” raketləri lazımdır. Biz onlara raketlər veririk, NATO qabaqcadan bizə pul ödəyir və istədiyini edir. Ukraynaya verdiyimiz 350 milyard dollar məsələsinə qayıtsaq. Əgər biz bu pulu verməsəydik, həmçinin mən olmuşam Ukraynaya “Javelin”lər verən, hansı ki, çox effektiv idi. Onlar belə deyirlər ki, Obama bizə zirehli jiletlər verib, Tramp isə “Javelin”ləri. Mən demək istəyirəm ki, əgər mən prezident olsaydım, müharibə olmazdı”, – Tramp bildirib.