Donald Tramp - ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləməyə davam edir, biz çox insanın həyatını xilas etmək istəyirik, buna görə də nəsə edəcəyik
Donald Tramp - ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləməyə davam edir, biz çox insanın həyatını xilas etmək istəyirik, buna görə də nəsə edəcəyik

ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləməyə davam edir,- bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Biz bu məsələni həll edəcəyik. Biz onlara kömək edəcəyik. Çox insanın həyatını xilas etmək istəyirik, buna görə də nəsə edəcəyik. Düşünürəm ki, xalq bizdən kömək gözləyir. Avropa, əlbəttə ki, birinci olacaq və onlar birinci olmaq istəyirlər. Onlar bu münaqişənin bitməsini istəyirlər. Avropa bunun bitməsini istəyir və bu, bitəcək. Hər şey qəfildən qaydasına düşəcək. Görəcəksiniz”, – Tramp bildirib.