Donald Tramp - ABŞ İranda quru qoşunları yerləşdirməyi planlaşdırmır
ABŞ İranda quru qoşunları yerləşdirməyi planlaşdırmır, – bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“Xeyr, mən heç yerə qoşun göndərmirəm. Əgər göndərsəydim, sizə deməzdim, amma qoşun göndərmirəm”, – bu, Donald Trampın ABŞ administrasiyasının Yaxın Şərqə minlərlə Amerika əsgəri yerləşdirməyi nəzərdən keçirdiyinə dair mediada yayılan məlumatlarla bağlı suala cavabı idi.
Daha əvvəl Ağ Evin nümayəndəsi “CNN”ə bildirib ki, “quru qoşunları göndərmək barədə heç bir qərar verilməyib”, lakin o qeyd edib ki, Prezident Tramp “bütün variantları ağlabatlı şəkildə sərəncamında saxlayır”.