Donald Tramp ABŞ-ın baş prokuroru Pem Bondu vəzifəsindən azad edib
Donald Tramp ABŞ-ın baş prokuroru Pem Bondu vəzifəsindən azad edib

ABŞ Prezidenti Donald Tramp Pem Bondu ölkənin baş prokuroru vəzifəsindən azad edib. Bu barədə Donald Tramp özü sosial şəbəkəsində məlumat yayır.

ABŞ Prezidentinin yazdığı kimi, Bond “özəl sektorda çox vacib və əhəmiyyətli yeni vəzifəyə keçəcək”. Bununla yanaşı, Tramp təsdiqləyib ki, baş prokuror vəzifəsini Tod Blan icra edəcək.

“Pem Bond böyük amerikalı vətənpərvər və sadiq dostdur, o, son bir il ərzində sadiq şəkildə mənim baş prokurorum kimi xidmət edirdi. Pem ölkəmizdə cinayətkarlığa qarşı sərt tədbirlər görməklə böyük iş görüb və nəticədə qətllər 1900-cü ildən bəri ən aşağı səviyyəyə enib. Biz Pemi sevirik və o, özəl sektorda çox vacib və əhəmiyyətli yeni vəzifəyə keçəcək, hansı ki, yaxın gələcəkdə elan ediləcək. Baş prokuror müavinimiz, çox istedadlı və hörmətli bir vəkil Todd Blan Baş prokuror vəzifəsini icra edəcək”, – Tramp yazır.