Donald Tramp - ABŞ ilə birlikdə daha bir çox ölkə hərbi gəmilər göndərəcək ki, Hörmüz boğazı dəniz nəqliyyatı üçün açıq qalsın, biz buna tezliklə nail olacağıq
ABŞ ilə birlikdə daha bir çox ölkə hərbi gəmilər göndərəcək ki, Hörmüz boğazı dəniz nəqliyyatı üçün açıq qalsın, – bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.
“Biz artıq İranın hərbi imkanlarının 100%-ni məhv etmişik, amma nə qədər məğlub olsalar da, bu dəniz yoluna və ya onun yaxınlığına bir-iki dron göndərmək, mina qoymaq və ya qısa mənzilli raket atmaq onlar üçün asandır”, –Tramp yazır.
Trampın dediyinə görə, o ümid edir ki, Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Birləşmiş Krallıq regiona hərbi gəmilər göndərəcəklər.
“Ümid edirəm ki, Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Birləşmiş Krallıq və bu süni məhdudiyyətdən əziyyət çəkən digər ölkələr də bölgəyə gəmilər göndərəcəklər ki, Hörmüz boğazı artıq hərbi rəhbərliyi tamamilə məhv edilmiş bir ölkə tərəfindən təhdid edilməsin. Bu arada, ABŞ sahil xəttini intensiv bombalamağa və İran qayıqlarını və gəmilərini batırmağa davam edəcək. Bu və ya digər şəkildə, tezliklə Hörmüz boğazının yenidən açıq, təhlükəsiz və azad olmasına nail olacağıq”, Tramp yazır.