Donald Tramp - ABŞ Hindistanla ticarət sazişi bağlamağa yaxındır, Avropa İttifaqı ilə də razılaşmaya nail olmaq mümkündür, lakin Kanada ilə razılaşma barədə danışmaq hələ tezdir
ABŞ Hindistanla ticarət sazişi bağlamağa yaxındır; həmçinin, Avropa İttifaqı ilə də razılaşma əldə oluna bilər, lakin Kanada ilə razılaşma barədə danışmaq hələ tezdir – bu barədə ABŞ prezidenti Donald Tramp “Real America’s Voice”a verdiyi müsahibəsində bildirib.
“Avropa İttifaqı əvvəllər sərt idi, amma indi onlar çox mehribandırlar. Onlar razılaşma əldə etmək istəyirlər və bu, illər boyu malik olduğumuz vəziyyətdən xeyli fərqlidir. Biz Avropa ilə razılaşma əldə edə bilərik. Bilirsiniz, mən bu məsələyə qarşı çox laqeydəm,” – deyə Tramp qryd edib.
Xatırladaq ki, bundan əvvəl Amerika Birləşmiş Ştatlarının prezidenti bildirdi ki, avqustun birindən etibarən Avropa İttifaqından idxal olunan mallara 30 faizlik tariflər tətbiq olunacaq.