Donald Tramp ABŞ Federal Ehtiyat Sisteminin rəhbərini faiz dərəcələrini azaltmağa çağırır

22:14, 04.04.2025

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Paueli faiz dərəcələrini azaltmağa çağırır.

“O, həmişə gecikir, amma indi imicini tez dəyişə bilər”, – Donald Tramp qeyd edib.

ABŞ prezidentinin çağırışına baxmayaraq, Cerom Pauel bildirir ki, Federal Ehtiyat Sistemi faiz dərəcələrini azaltmağa tələsmir.

“Mənim üçün, pul siyasəti üçün uyğun yolun nə olacağı hazırda bəlli deyil və bunun necə inkişaf edəcəyini gözləməli və görməliyik”, – Cerom Pauel qeyd edib.

Federal Ehtiyat Sisteminin rəhbərinin dediyinə görə, prezident Donald Trampın əhatəli tarifləri səbəbindən inflyasiyanın yüksəlməsi ehtimalı var və yüksək səviyyədə qala bilər.

Pauel həmçinin qeyd edib ki, Donald Trampın tarifləri Federal Ehtiyat Sisteminin gözləntilərini əhəmiyyətli dərəcədə üstələyir.

Oxşar