Donald Tramp – ABŞ, amerikalı vergi ödəyicilərinə heç bir xərc çəkmədən Venesueladakı 65 milyard bareldən çox neft ehtiyatının böyük hissəsi üzərində nəzarəti ələ keçirib

10:23, 29.08.2026

ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Venesuela ilə “tarixi” neft razılaşması əldə etdiyini bildirib.

Onun sözlərinə görə, bu addım Amerikanın neft ehtiyatlarını və tədarükünü artıracaq, həmçinin benzinin qiymətini aşağı salacaq.

“Mənim göstərişimlə Dövlət Katibi Marko Rubio və Müharibə Naziri Pit Hegset, Venesuelanın son dərəcə hörmətli müvəqqəti prezidenti Delsi Rodriqes ilə sıx əməkdaşlıq çərçivəsində və özəl bizneslə tərəfdaşlıq yolu ilə, amerikalı vergi ödəyicilərinə heç bir xərc çəkmədən Venesueladakı 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatının böyük hissəsi üzərində ABŞ-ın nəzarətini təmin etdilər”, – deyə Tramp sosial şəbəkədə yazıb.

“CNN”in məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes də iki ölkə arasında əldə olunmuş razılaşmanı müsbət qiymətləndirib.

“Məqsədimiz enerji istehsal edən ölkə mövqeyimizi möhkəmləndirmək, nəhəng ehtiyatlarımızdan milli inkişaf, yeni iş yerlərinin açılması, çalışanlarımızın gəlirlərinin artırılması və xalqımızın rifahı üçün istifadə etməyə davam etməkdir”, – Rodrigez bildirib.

Oxşar